Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiya xalqına müraciətinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, jurnalistlərə açıqlamasında o, Baydenin çıxışında qınana bilən heç nə görmədiyini deyib.
"Yəqin ki, burada qınanılan heç nə yoxdur və yəqin ki, dünyanın ən böyük ölkələrindən, ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının prezidentinin həqiqətən də rus xalqı haqqında düşünməsi alqışlana bilər. Əlbəttə ki, biz orada etməyəcəyimiz bir iş görsək, başımıza nə gələcəyi ilə bağlı müxtəlif təhdidlərə və mantra kimi təkrarlanan bu təhdidlərə qulaq asmamağa üstünlük verərdik. Gündəlik olaraq, düzünü desəm, olduqca yorğunuq. Təhdidsiz bir müraciət eşitdik, o zaman yəqin ki, rus xalqı daha çox təsirlənərdi", - Peskov bildirib.
Ağarza Elçinoğlu