NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ətrafındakı qüvvələrini geri çəkməsini görmədiklərini bildirib.
"Unikal" xəbər verir ki, bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldəki mənzil-qərargahında bir araya gələrək müxtəlif məsələləri, o cümlədən Rusiyanın Ukrayna sərhəddində gərginliyin artması, Avropanın təhlükəsizliyi və Avropanın şərqində və cənub-şərqində mövcudluğunun artırılmasını müzakirə ediblər.
Rusiyadan yerdə gərginliyi azaldacaq hər hansı bir hərəkət görmədiklərini ifadə edən Stoltenberq, əksinə, Rusiyanın hərbi gücünü artırmağa davam etdiyini bildirib.
NATO-nun Rusiya ilə dialoqa çağırış məktubuna hələ də cavab almadıqlarını ifadə edən Stoltenberq, NATO-nun dialoq çağırışını təkrarlayıb, lakin "ən pis vəziyyətə" də hazır olduqlarını və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bunun əvəzini ağır ödəyəcəyini bildirib.