Ermənistanın şimalında 3.1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də Şirak vilayətində qeydə alınıb.
Yerin 10 km dərinliyində qeydə alınan yeraltı təkanların episentri Gümrüdən 42 km şimalda və Taşirdən 28 km qərbdə olub.