Rusiyanın Ukraynaya hücum edəcəyi iddia edilən 16 fevral başda paytaxt Kiyev olmaqla bütün ölkədə “Birlik Günü” kimi qeyd edilib.
"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən "Birlik Günü" tədbirində iştirak edib.
Zelenski "Bu gün Dnepr çayının sağında və ya solunda, şəhərdə və ya kənddə yaşayan hamımızın günüdür" ,- deyə ifadə işlədib.
Donbass vilayətinin Kramatorsk şəhərində bir çox ukraynalı əllərində dövlət bayraqları tutaraq "Birlik Günü"nü qeyd etmək üçün Juvileyniy parkına toplaşıb.
Gülayə Mecid