Myanmada hərbi təyyarə ölkənin şimalındakı Sikainq bölgəsində qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Myanmanın Mandalay şəhəri yaxınlığındakı hərbi bazadan havaya qalxan təyyarə ilə yerli vaxtla saat 10:43-də əlaqə kəsilib.
Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir.