Bu gün Brüsseldə NATO-nun müdafiə nazirlərinin iclası baş tutub.
"Unikal" xəbər verir ki, Alyansın Baş katibi Yens Stoltenberq iclasın birinci gününün yekunlarına dair mətbuat konfransı keçirib.
O bildirib ki, nazilər Rumıniyada yeni döyüş qrupu yerləşdirmək barədə qərar qəbul edib.
“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq qeyd edib.