Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 271 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 94 176 nəfər COVID-19 infeksiyasına yoluxub, 104 409 nəfər isə sağalıb.