Almaniya Meteorologiya İdarəsi (DWD) gözlənilən şiddətli fırtınaya qarşı ictimaiyyəti xəbərdar edib.
"Unikal" xəbər verir ki, hava şəraiti ilə əlaqədar fevralın 17-də Şimali Reyn-Vestfaliya əyalətində bütün məktəblər, heyvanxanalar və parklar bağlı olacaq.
Səlahiyyətlilər əhaliyə məcburi hallar istisna olmaqla, küçəyə çıxmamağı tövsiyyə edib.
Proqnozlara görə, ölkə ərazisinin 80 faizini öz cənginə alacaq qasırğaya bənzər şiddətli tufan həftənin sonuna qədər davam edəcək. Küləyin sürəti saatda 90-150 kilometrə çatacaq.