ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend adasında 13 tondan artıq gallon benzinlə yüklənmiş tanker binaya çırpılıb və böyük yanğına səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı yerli yanğınsöndürmə idarəsi yayıb.
Hadisə nəticəsində yük maşınının sürücüsü və üç yanğınsöndürən yaralanıb.
Hadisə yerinə ətraf mühitin mühafizəsi, nəqliyyat, daxili təhlükəsizlik və fövqəladə hallar departamentlərinin əməkdaşları cəlb edilib. Yük maşınının çırpıldığı bina tamamilə uçub.
Hazırda qəzanın səbəbləri araşdırılır.