Donetsk Xalq Respublikasının (DXR) xalq milisləri Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqlarını bildiriblər.
"Unikal" "Lenta.ru"ya istinadən xəbər verir ki, səhər saatlarından etdibarən Ukrayna Silahlı Qüvvələri dörd dəfə atəşkəs rejimini pozub.
Agentliyin məlumatına görə, Ukrayna hərbçiləri Kominternovo və Oktyabr kəndləri istiqamətində qumbaraatanlardan və atıcı silahlardan atəş açıblar. Petrivske və Novolaspa kəndləri də atəşə tutulub.
"Mülki əhalini qorumaq üçün müdafiəçilərimiz düşmənin atəş gücünü boğmaq üçün cavab atəşi açmağa məcbur oldular", - Donetsk Xalq Respublikasının milisi bildirib.