“NATO Ukrayna ətrafındakı vəziyyətdə gərginliyin azalmasını müşahidə etmir”.
"Unikal" xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.
“Moskvadan diplomatik səylərin davam etdirilə biləcəyi barədə siqnallar var, ancaq NATO hələ də Rusiya qoşunlarının çəkilməsinə dair hər hansı əlamətləri və ya gərginliyin azalmasını müşahidə etmir”, - deyə o bildirib.
Y.Stoltenberq qeyd edib ki, Avro-Atlantika regionunda sülh və sabitlik təhlükə altındadır.