BMT baş katibi Antoniu Quterres Ukraynada müharibə olmayacağına ümid edir və davam edən diplomatik səyləri alqışlayır.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib.
"Bir tərəfdən gərginliyin artmasını görürük. Digər tərəfdən isə münaqişə tərəflərinin (Rusiya və Ukrayna - red) diplomatik səyləri davam etdirdiyinin şahidiyik", - Düjarrik əlavə edib.