Gürcüstanda ötən sutka koronavirusa 14 405 yeni yoluxma faktı təsdiqlənib, 42 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 526 205-ə, vəfat edənlərin sayı isə 15 771-ə yüksəlib.
Son bir gündə müalicə olunaraq sağalanların sayı isə 24 409 nəfər artaraq 1 348 581 olub.