Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Kremldə danışıqlar başlayıb.

"Unikal" xəbər verir ki, bu, liderlərin cari ildə ilk təkbətək görüşüdür. Onlar sonuncu dəfə ötən ilin dekabrında Sankt-Peterburqda görüşüblər. Son bir ay yarım ərzində Putin və Lukaşenko arasında telefon danışıqları olub.

Görüş əlavə anti-COVID məhdudiyyətləri olmadan keçirilir. 

***10:57

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib.

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə bir sıra məsələlərin, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı, regionda təhlükəsizliyin təmin edilməsi və iki ölkənin milli maraqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətlərin, beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.