İsveçrə prezidenti İqnasio Kassisin COVID-19-a yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri məlumat yayıb. O, Kassisin çərşənbə günü PCR testindən keçdiyini və cümə axşamı müsbət nəticədən sonra təcrid olunduğunu söyləyib.
Nazir prezidentin evdən işlədiyini və Münhen Təhlükəsizlik Konfransı da daxil olmaqla tədbirlərdə iştirak etmək planlarını ləğv etdiyini açıqlayıb.