ABŞ-nin İllinoys ştatında El Paso şəhəri yaxınlığında 100-dən çox avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu barədə yerli polisin məlumatında qeyd olunub. 

Qəzalar əyalətlərarası avtomobil yolunun bağlanmasına səbəb olub.

Polis daha əvvəl qar yağmasının və qar fırtınasının görmə qabiliyyətinə və sürücülük şəraitinə təsir edəcəyi barədə xəbərdarlıq etmişdi.

"I-39 magistralı 100-dən çox avtomobilin iştirakı ilə baş verən çoxsaylı qəzalara görə təxminən 12 saat bağlı qalıb.

Ağarza Elçinoğlu