Ukrayna Silahlı Qüvvələri təmas xəttində, o cümlədən cəbhə xəttində yerləşən kənd və qəsəbələrdə hərbi texnika toplamaqda davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Donetsk Respublika Polisi teleqram kanalında məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Ukrayna ordusu Novoiqnatovka kəndində 9K35 zenit-raket kompleksi, Strela 10 zenit-raket kompleksi ZU-23 zenit-raket kompleksi yerləşdirib.

Bundan əlavə, Ukrayna qüvvələri Baqdanovkada BMP-1, BTR-70 Qalitsinovka və Xersones kəndlərində T-64 tankı yerləşdirib.