Somalidə Putland əyaləti prezidentinin konvoyuna bombalı hücum nəticəsində iki əsgər həlak olub.
"Unikal" xəbər verir ki, Somali Milli Televiziyasının xəbərinə görə, ölkənin Putland əyalətinin prezidenti Səid Deninin karvanını hədəf alan bombalı hücum həyata keçirilib.
Hücumda konvoydakı vasitələrdə olan 2 əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.
Ştat prezidenti Deni xəsarət almayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Əl-Şəbab son həftələrdə ölkənin seçkilərin keçirildiyi bir çox şəhərində bombalı hücumlar həyata keçirib.