Kiyev hakimiyyəti Minsk razılaşmalarını icra etməyə hazırlaşmır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar təcili iclasında çıxışında bildirib.
O, Ukraynanın Minsk razılaşmalarını həyata keçirməyə hazırlaşmadığını və onların bunu dəfələrlə bəyan etdiyini söyləyib: “Kiyev real olaraq Minsk razılaşmalaırnın icrası ilə bağlı heç nə etməyə hazırlaşmır. Lakin Rusiya vəziyyətin sülh yolu ilə həlli üçün hər şeyi edir”.
Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyinin tanınması məsələsinin nə ilə bağlı olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, separatçı “DXR” və LXR”-in tanınması məsələsi dünyada və xüsusən də Avropada qlobal təhlükəsizliyin təminatı problemləri ilə sıx bağlıdır.