Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 268 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 461 min 513 nəfərin test edildiyi, 85 min 026 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 94 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.