Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xalqa müraciət edir.
"Unikal" xəbər verir ki, Putin bildirib ki, "Rusiya üçün Ukrayna sadəcə qonşu ölkə deyil, həm də tarixin bir hissəsidir, yoldaşlarımız və qohumlarımızdır. Bu gün Ukraynanı haqlı olaraq "Leninin adına Ukrayna” adlandırmaq olar, onun müəllifi və memarı odur."
xxx
21:49
Rusiya Prezidenti Vladimir Putin bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək.
“Unikal” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Putin Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib.