İsrail Ukraynadakı səfirliyinin fəaliyyətini Kiyevdən Lvova köçürür, israillilər yenidən evlərinə qayıtmağa çağırılır.
“Unikal” xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"İsrailin Kiyevdəki səfirliyinin fəaliyyəti Lvova köçürülür. Bu gün Xarici İşlər Nazirliyində keçirilən vəziyyətin qiymətləndirilməsi və bir sıra xarici mənbələrlə məsləhətləşmələrdən sonra İsrailin xarici işlər naziri Yair Lapid Kiyevdəki səfirliyin əməkdaşlarına göstəriş vermək qərarına gəlib. Ukraynadakı səfirlik bu ölkənin qərbində yerləşən Lvov şəhərində açılan konsulluğa köçəcək”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail XİN hadisələrin istənilən inkişafına, o cümlədən torpaqların boşaldılması ehtimalına hazırlaşır, bu məqsədlə Lvova ezam olunmuş israilli diplomatlar, eləcə də onların Polşa, Slovakiya, Rumıniyada çalışan həmkarları, Moldova və Macarıstan son günlər Ukrayna ilə sərhəd-keçid məntəqələrinə səfərlər edib və Ukraynanı tərk etmək istəyən İsrail vətəndaşlarının keçidini təmin etmək üçün orada hökumət rəsmiləri ilə görüşlər keçirib.