Rusiya Prezidenti Vladimir Putin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın rəhbərləri ilə əməkdaşlıq haqqında müvafiq fərman və sazişlər imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kreml rəsmi məlumat yayıb.
Prezident Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.
Bundan əvvəl Vladimir Putin Rusiya vətəndaşlarına müraciət edərək bildirib ki, o, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “suverenliyinin” tanınmasını zəruri hesab edir.