Luqanskın mərkəzində Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzinin Luqansk nümayəndəliyinin binası qarşısında partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Luqansk İnformasiya Mərkəzi məlumat yayıb.
İnformasiya rəhbəri Leonid Paseçnik bildirib ki, Ukrayna silahlı qüvvələri təmas xəttində təkcə təxribatlar törətməyi deyil, həm də respublika ərazisinə dərin sıçrayış təşkil etməyi planlaşdırır. Bununla əlaqədar o, respublika sakinlərini tez bir zamanda Rusiya ərazisinə getməyə çağırıb və həmçinin respublika ərazilərinin rəhbərlərinə əhalinin mütəşəkkil şəkildə təxliyəsini təmin etməyi tapşırıb.
Qeyd olunur ki, Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzində (JCCC) LPR nümayəndəliyinin rəhbəri Mixail Filiponenko və onun sürücüsü Luqanskın mərkəzində partlayış nəticəsində xəsarət alıb.
Hazırda hadisə yerinə mütəxəssislər tərəfindən baxış keçirilir.
Gülayə Mecid