Rusiya Ukraynadakı səfirlik işçilərini tezliklə təxliyə edəcək.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İndiki şəraitdə birinci prioritetimiz rusiyalı diplomatların, səfirlik və baş konsulluq əməkdaşlarının qayğısına qalmaqdır. Onların həyatını və təhlükəsizliyini qorumaq üçün Rusiya rəhbərliyi Ukraynadakı Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarını təxliyə etmək qərarına gəlib. Çox yaxın gələcəkdə prosess həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.