44 günlük müharibədən sonra təkcə üçtərəfli bəyanatlar deyil, həm də müxtəlif beynəlxalq ölçülərdə qəbul edilən bəyannamələr ənənəvi xarakter aldı. Bunlar 2021-ci ilin iyununda Şuşadə Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə, 2021-ci ilin noyabrında İstanbulda türk dövlətlərinin zirvə toplantısında imzalanmış bəyannamə və 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında Moskvada imzalanmış bəyannamələrdir.
"Unikal" xəbər verir ki, bu barədə Erməniostan parlamentinin regional məsələlər, Avrasiya inteqrasiyası komitəsinin sədri Armen Qorqyan yazıb.
Deputat ümid edib ki, tezliklə onlarla Türkiyə arasında da münasibətlərinin normallaşmasına dair bəyannamə imzalanacaq: "Göründüyü kimi, Ermənistanın birbaşa iştirakçısı olduğu biri yoxdur, amma hamısının müəyyən dərəcədə bizimlə əlaqəsi var. Ola bilsin ki, tezliklə bu silsilədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair Bəyannamə də yer alsın".
"Yuxarıda qeyd olunan bəyannamələrdə regionda əsas oyunçu uğrunda Rusiya və Türkiyənin rəqabətli mübarizəsi hiss olunur. Aydındır ki, bu mübarizədə həlledici amil Azərbaycana maksimum təsir göstərməkdir. Həmin təsir üçün Rusiya regiondakı əsas müttəfiqi Ermənistan hesabına güzəştə getməyə, Türkiyə isə Ermənistanın hesabına yenidən Azərbaycana regionda yeni üstünlüklər əldə etməyə kömək etməyə hazırdır. Eyni zamanda, sual açıq qalır: Ermənistan bütün bunlardan nə qazanacaq, daha dəqiq desək, Ermənistan daha nə itirə bilər?".
Ağarza Elçinoğlu