İtaliyanın səhiyyə naziri Roberto Speranza martın 1-dən ölkəyə daxil olan bütün əcnəbi vətəndaşlar üçün karantin rejiminin ləğv edilməsi barədə fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bununla da İtaliyaya daxil olmaq üçün peyvənd sertifikatı, sağalma sertifikatı və ya mənfi koronavirus testi kifayət edəcək.
Səhiyyə Nazirliyindən bildirilib ki, göstərilən qətnamədə turizmlə bağlı yeni təlimatlar yoxdur. İndiyədək bir sıra ölkələrdən, o cümlədən İtaliyaya turizm məqsədilə giriş qadağan edilib.