Ermənistanın Gənclər Birliyinin 20-yə yaxın üzvü azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edib.
"Unikal" xəbər verir ki, etirazda polislərlə gənclər arasında qarşıdurma yaranıb. Bu zaman 20-yə yaxın erməni polis tərəfindən saxlanılıb.
Bu barədə vəkil Sergey Arutyunyan yerli KİV-lərdən birinə müsahibəsində bildirib. Arutyunyan onu da qeyd edib ki, saxlanılan gənclərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Onların hamısı susmaq hüququndan istifadə edərək ifadə verməkdən imtina ediblər.
Aksiya zamanı bir jurnalistində saxlanıldığı bildirilib.
Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edib.
Gülayə Mecid