Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 946 yoluxma halı qeydə alınıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 417 456 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 24 ölüm halı qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 8 378 nəfərə yüksəlib.