Qazaxıstanda "An-2" təyyarəsi Aralsk şəhərindən on kilometr aralıda eniş edərkən yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat verib.
Bildirilib ki, təcili yardım reysi həyata keçirən təyyarədə 2 ekipaj üzvü və 1 sərnişin olub. Ölən və ya xəsarət alan yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu