Rusiya prezidenti Vladimir Putin bütün Ukraynanı işğal etmək üçün bəhanə axtara bilər.
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlində çıxışı zamanı “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırıldığını elan edərkən deyib.
Onun sözlərinə görə, Almaniya və digər ölkələr BMT Təhlükəsizlik Şurasında açıq şəkildə bəyan ediblər ki, Moskvanın Ukraynanın şərqindəki separatçı regionlarının müstəqilliyini dəstəkləmək qərarı “dünyada dəstək görməyib”.
Kansler əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın təxribatlarına tab gətirdiyinə görə dərin hörmətə layiqdir, çünki Rusiya prezidenti sadəcə olaraq bütün Ukraynanın mümkün işğalı üçün bəhanə əldə etməyi gözləyir.
Ağarza Elçinoğlu