Donetsk və Luqansk vilayətləri istisna olmaqla, Ukraynanın bütün ərazisində fövqəladə vəziyyət tətbiq edilib.
"Unikal" xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın vilayətlərində zərurət yarandıqda komendant saatı tətbiq olunacaq.
"Donetsk və Luqansk vilayətlərinin ərazisində 2014-cü ildən seperatçı rejim fəaliyyət göstərdiyi üçün bu ərazilərdə fövqəladə və ya hərbi vəziyyət tətbiq edilməyəcək", - deyə Danilov bildirib.
Ağarza Elçinoğlu