Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Qazaxıstana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində nazir sayca 7-ci Türkiyə-Qazaxıstan Strateji Planlaşdırma Qrupunun iclasında həmsədr olaraq iştirak edəcək. Həmçinin Çavuşoğlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.