Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasından danışıb.
"Unikal"ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Ermənistan, xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qətiyyətli olsa, Türkiyə üçün sərhədlərin bağlı qalması söhbət mövzusu deyil.