Rusiya prezidenti Vladimir Putin artıq beynəlxalq hüquq çərçivəsində Ukraynanın müstəqilliyini qəbul etmir.
"Unikal"ın "Kyiv Post"a istinadən verdiyi xəbərə görə, bunu Fransanın xarici işlər naziri Jan-Yves Le Drian çərşənbə axşamı bildirib.
O, Berlində almaniyalı həmkarı Annalena Baerbok ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında “Prezident Putin (bazar ertəsi) çıxışında müəyyən mənada Ukraynanın suveren ölkə olmasını inkar etdiyini bəyan etdi", - deyə vurğulayıb.
Ağarza Elçinoğlu