Rio-de-Janeyronun dağlıq Petropolis şəhərində sel və torpaq sürüşməsinin ardından keçən həftə başlayan axtarış-xilasetmə işləri 9 gündür ki, davam edir.
"Unikal"ın "Agencia Brasil"ə istinadən verdiyi xəbərə görə, sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 198-ə çatıb, 69 nəfər isə hələ də itkin düşmüş sayılır.
Mülki Müdafiə Katibliyi şiddətli yağışlar səbəbindən şəhərdə 1800 hadisənin baş verdiyini, 811 nəfərin isə sığınacaqlarda qaldığını açıqlayıb.
Bildirilib ki, fevralın 15-də yağan güclü yağışlar səbəbindən şəhərin bir çox yerində torpaq sürüşmələri baş verib.
Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağışa məruz qaldığını bildirib.
Ağarza Elçinoğlu