Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana etiraz notası verib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Nazirlikdəki mənbələrə istinadən yayılan məlumatda bildirilib ki, sənəd Egey dənizində türkiyəli balıqçılara qarşı qeyri-mütənasib güc tətbiqinə etiraz olaraq verilib.