Ukrayna hərbi əməliyyatların başlayacağı təqdirdə Montrö Konvensiyası əsasında Rusiyanın Qara dəniz boğazlarına çıxışını bağlamağı Türkiyədən tələb edə bilər.
“Unikal” xəbər verir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasiliy Bodnar “Reuters” agentliyinə bildirib.
“Biz düşünürük ki, Ukraynaya qarşı hərbi əməliyyatların başlanması halında, yəni müharibə təkcə de-fakto deyil, həm də de-yure olanda Türkiyə hökumətindən xahiş edəcəyik ki, Qara dəniz boğazları təcavüzkar ölkə üçün bağlanması imkanını nəzərdən keçirsin”, - diplomat bildirib.
O əlavə edib ki, Kiyev Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Qara dənizdə cəmləşməsini ciddi təhlükə kimi qiymətləndirir.