"Putin Ukraynanın genişmiqyaslı işğalını başladıb".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb. O, dinc Ukrayna şəhərlərinin atəşə tutulduğunu qeyd edib.
“Dinc Ukrayna şəhərləri atəş altındadır. Bu aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və dayandırmalıdır. Hərəkətə keçmək vaxtıdır”, - deyə Kuleba qeyd edib.