Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hava hücumundan müdafiə sistemləri, hərbi hava limanları və hava qüvvələrinin “yüksək dəqiqlikli silahlarla” zərərsizləşdirildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın şərqində Donbassda keçirilən xüsusi hərbi əməliyyatın ölkədəki mülki əhali üçün təhlükə yaratmadığı iddia edilib.
“Ukraynada hərbi infrastruktur, hava hücumundan müdafiə sistemləri, hərbi hava limanları və hava qüvvələri yüksək dəqiqlikli silahlarla zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Gülayə Mecid