Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib.
"Unikal" xəbər verir ki, məlumatda deyilir:
“Rusiya Federasiyası Ukraynaya qarşı müharibə elan etdi. Dinc Ukrayna şəhərlərini bombalayırlar. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”, - deyə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
#Rusya Federasyonu #Ukrayna’ya karşı bir savaş başlattı. Barışçıl Ukrayna şehirleri bombalanıyor. Stratejik ortağımız #Türkiye’yi ve dost Türk halkını bu zor zamanda bizi destelemeye çağırıyoruz.
— Ukraine in Turkey (@UKRinTR) February 24, 2022