Venesuelanın Barkesimeto şəhərində dünən Mi-17 hərbi yük helikopteri boş sahəyə çırpılıb.

"Unikal" xəbər verir  ki, hadisə nəticəsində 2 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.

Qəza şahidləri bildiriblər ki, helikopter eniş etmək istəyərkən nasaz olub və qəzaya uğrayıb. Helikopter qəzaya uğradıqdan sonra ətrafdakı vətəndaşlar hadisə yerinə qaçaraq alov içində olan iki pilotu yaralı halda son anda xilas ediblər. Qəzada yaralanan pilotların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.

Venesuela prezidenti Nikolas Maduro qəzadan sonra açıqlama verib və qəzadan sonra əsgərlərin köməyinə gələn vətəndaşlara təşəkkür edib.