Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etməyə hazırdır.
"Unikal" xəbər verir ki, Finlandiyanın baş naziri Sanna Marin sözügedən müraciəti ölkənin milli təhlükəsizliyi məsələsinin gündəmə gələcəyi halında edəcəklərini bildirib.
"Finlandiyanın milli təhlükəsizlik məsələsi kəskinləşərsə, NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır", - Marin sitat gətirib.
Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto "RİA Novosti" agentliyinə müsahibəsində Helsinkinin NATO-ya üzvlük üçün müraciət etmək imkanını özündə saxladığını bildirib. O qeyd edib ki, ölkənin xarici siyasəti sabitdir, NATO-ya daxil olmaq üçün təzyiqlə üzləşməyib.
Ağarza Elçinoğlu