Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
"Unikal" xəbər verir ki, toplantıda Ukraynadakı vəziyyət müzakirə olunub.
Tədbirdə Türkiyənin vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Baş Qərargah rəisi, Ordu generalı Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin şəxsi katibi Həsən Doğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın iştirak ediblər.
***12:12
Türkiyədə Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb.
"Unikal" “Anadolu”ya istinadən xəbər verir ki, iclasda Rusiyanın Ukraynaya hərbi müdaxilə müzakirə olunacaq.
***
10:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
İclasda Rusiya ilə Ukrayna arasında baş verən toqquşmalar müzakirə ediləcək.