Ukraynanın şərqindəki Donbass bölgəsinin sərhədlərində Kiyev ordusu ilə rusiyapərəst silahlı birləşmələr arasında qarşıdurma şiddətləndiyi bir vaxtda Kremlin sözçüsü Dmitriy Peskov separatçıların liderlərinin Rusiya prezidenti Vladimir Putinə məktublar göndərdiyini bildirib.
"Unikal" xəbər verir ki, Donetsk və Luqansk liderlərinin Kiyev hücumlarını dəf etmək üçün Putindən kömək istədiklərini qeyd edən Peskov, "Rusiya prezidenti Vladimir Putinə Luqansk Xalq Respublikasının lideri Leonid Paseçnik və Donetsk Xalq Respublikasının lideri Denis Puşilindən ərizə məktubları gəlib. Məktubda vurğulanır ki, Respublikaların vətəndaşları vəziyyətin pisləşməsi və Kiyevdən gələn təhdidlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldıqlarını bildirib", - deyə ifadə edib.
Peskov açıqlamasının davamında separatçıların liderlərinin Putindən dəstək istədiklərini deyərək “Ukrayna Silahlı Qüvvələrinin hərbi təcavüzünün bu respublikalarda davam etdiyi bir şəraitdə mülki və sənaye infrastrukturu, məktəblər, xəstəxanalar, uşaq bağçaları var və s. məhv edilir və ən pisi isə dinc əhali, o cümlədən uşaqlar həyatını itirir. Kiyev rejiminin hərəkətləri onların Donbassda müharibəni dayandırmaq istəmədiklərinə dəlalət edir. Bu mülahizələri nəzərə alaraq, iki respublikanın liderləri yaranmış vəziyyətə, mülki əhalinin tələfatının və humanitar fəlakətin qarşısının alınması məqsədilə Rusiya ilə respublikalar arasında dostluq, əməkdaşlıq və yardım haqqında 3-cü Sazişlərin 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının Prezidenti Ukrayna silahlı qüvvələrinə qarşı kömək istədilər".
Gülayə Mecid