Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərinə Antiputin Koalisiyası yaratmaqla bağlı çağırış edib.

"Unikal" xəbər verir ki, Zelenski bu barədə "Twitter" hesabında yazıb.

ABŞ, Almaniya, Britaniya, Polşa və AB liderlərinə müraciət edən Ukrayna Prezidenti Putini dərhal dayandırmağa çağırıb.

“Ukraynaya və dünyaya qarşı müharibəni, Putini dərhal dayandırmağa çağırıram. Antiputin Koalisiyası quraq. Dərhal sanksiya, müdafiə və Ukraynaya maliyyə dəstəyi! Hava nəqliyyatının bağlanması. Dünya Rusiyanı sülhə məcbur etməlidir”, - Zelenski qeyd edib.