Ukraynanın müdafiə naziri Aleksii Reznikov vətəndaşlara müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.
Müraciətdə deyilir: "Əziz həmvətənlərim!
Düşmən hücum edir, amma ordumuzu məhv etmək olmaz.
Ukrayna tam müdafiə rejiminə keçir.
Əli silah tutan və hazır olan hər kəs öz bölgəsində Ukrayna Silahlı Qüvvələrinin Regional Müdafiə Qüvvələrinə müraciət edə bilər.
Silah almaq üçün ərazinizdəki TRO Qüvvələrinin briqadaları və batalyonları ilə birbaşa əlaqə saxlamalısınız...."
Ağarza Elçinoğlu