Rusiya ordusu bu gün Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, Ukrayna Dövlət Sərhəd Mühafizəsi bu gün yerli vaxtla saat 05:00-da Rusiya ordusunun Krımdan daxil olmasının görüntülərini yayıb.

"Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Rusiyanın təcavüzü bu gün səhər saat 5 radələrində baş verib. Daha bir hücum Krım istiqamətindən edilib", - açıqlamada qeyd olunub. 

"Reuters" xəbər agentliyi də rus hərbçilərinin rusiyapərəst separatçıların nəzarətində olan Donetskdən keçdiyini bildirib.

Rusiya ordusu Donetsk, Luqansk, Krım və Belarusdan keçərək Ukraynaya daxil olarkən, rus qoşunları Mariupol və Odessa şəhərlərinə də yerləşdirilib.

Gülayə  Mecid