Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin silahlı qüvvələrinin Rusiyanın Ukraynaya qarşı əməliyyatında iştirak etmədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, “Belta” agentliyinin məlumatına görə, Lukaşenko “Bizim əsgərlərimiz bu əməliyyatda iştirak etmir” deyə ifadə işlədib.
Bildirək ki, Ukrayna Sərhəd Xidməti yerli vaxtla saat 05:00 radələrində Rusiya qoşunlarının Belarus üzərindən Ukraynaya hücum etdiyini açıqlayıb.