Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar NATO-nun təcili iclasını çağırıb.
"Unikal"ın məlumatına görə, bu barədə B.Conson öz "Twitter" səhifəsində yazıb.
"Bu, qitəmiz üçün böyük faciədir. Mən bu gün həm də xalqa müraciət edəcəyəm. Mən G7 liderləri ilə danışıqlar aparacağam. NATO-nun mümkün qədər təcili görüşünün keçirilməsinə çağırıram", - deyə o bildirib.